Hindistan ABŞ-dan təbii qaz alışını artıracaq
Tarix: 17-11-2025 23:46 | Bölmə: İqtisadiyyat
Hindistan ABŞ-dan təbii qaz alışını artıracaq

Hindistanın dövlətə məxsus neft emalı zavodları gələn ildən etibarən 2,2 milyon ton mayeləşdirilmiş təbii qaz idxal etmək üçün ABŞ ilə ilk uzunmüddətli müqavilə imzalayıblar.

Reyting.az
xəbər verir ki, bu barədə məlumatı “Bloomberg” agentliyi yayıb.

Bu, Vaşinqton və Yeni Dehli arasında ticarət müqaviləsinin bağlanmasına və ABŞ-ın Hindistana qaz ixracının əhəmiyyətli dərəcədə artmasına kömək edə bilər.

Hindistanın neft naziri Hardip Purinin sözlərinə görə, müqavilə ölkədə ABŞ LNG-nin payını 0,6 faizdən 10 faizə qədər artıracaq.

Y. QACAR




Bölməyə aid digər xəbərlər
6-11-2025, 09:36 Neftimiz cüzi ucuzlaşıb