20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
DSMF parlamentə niyə hesabat verməyib? - Palata sədrindən tələb
Tarix: 21-05-2019 16:10 | Bölmə: İqtisadiyyat
DSMF parlamentə niyə hesabat verməyib? - Palata sədrindən tələb

İcmal büdcənin tərkib hissəsi olan Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun layihələri müvafiq qanunlarla təsdiq edilsə də, bu fondların icrası ilə bağlı parlament qarşısında hesabatlılıq təmin olunmayıb.

Bunu bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov söyləyib.

V.Gülməmmədovun sözlərinə görə, Palata dövlət vəsaitinin istifadəsi üzrə nəzarətin tamlığının təmin edilməsi, hesabatlılıq və şəffaflığın artırılması məqsədi ilə qanunvericiliyə bu sahədə də müvafiq dəyişikliklərin edilməsini təklif edir.

Report




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər