20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Dövlət Neft Fondunun gəlir və xərcləri təsdiqlənib - Cədvəl
Tarix: 19-07-2019 19:17 | Bölmə: İqtisadiyyat
Dövlət Neft Fondunun gəlir və xərcləri təsdiqlənib

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2018-ci il büdcəsinin icrası haqqında sərəncam imzalayıb.

Reyting.az
xəbər verir ki, sərəncama əsaəsn, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2018-ci il büdcəsinin icrası, gəlirlər 17 614 128,0 min manat, xərclər 11 455 597,5 min manat və ya Fondun 2018-ci il büdcəsində nəzərdə tutulana nisbətən gəlirlər üzrə 115,0%, xərclər üzrə 99,8% səviyyəsində olmaqla, aşağıdakı kimi təsdiq edilib:

Gəlirlər, cəmi Xərclər, cəmi 11 455 597,5 o cümlədən:

1. Qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi - 199 979,3

2. Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinə transfert - 10 959 000,0

3. Samur–Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsi - 89 999,2

4. Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsi - 176 128,0

5. 2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsilinə dair Dövlət Proqramının maliyyələşdirilməsi - 7 235,7

6. Azərbaycan Respublikası Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərclər - 23 255,3.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər