15:04 / 18-09-2025
"Plastik cərrah"la bağlı sensasiyalı xəbər yayılıb
14:30 / 18-09-2025
Paşinyan: "İranla sərhəd körpüsünün tikintisi gündəlikdə qalır"
14:16 / 18-09-2025
Ölkəmizdə ət bahalaşıb
14:14 / 18-09-2025
Taylandla Kamboca arasında gərginlik yenidən artıb
13:42 / 18-09-2025
Bişkekdə TDT ölkələrinin hökumət başçılarının görüşü başlayıb
13:20 / 18-09-2025
Su problemi milyardlarla insanı risk altında qoyur
13:09 / 18-09-2025
Naxçıvanda kişi geyimində oğurluq edən qadın tutulub
12:57 / 18-09-2025
Zakir Həsənov Çinə gedib
12:49 / 18-09-2025
İlham Əliyev Avropa İttifaqının komissarını qəbul edib - Fotolar
12:47 / 18-09-2025
Sabah yağış yağacaq
12:36 / 18-09-2025
Azərbaycan yığması 124-cü sıraya yüksəlib
12:30 / 18-09-2025
"Grok 5" ümumi süni intellekt sistemi olacaq - Foto
12:24 / 18-09-2025
Bakıya əlavə yol-patrul naryadları cəlb ediblər
12:16 / 18-09-2025
Dronlar Rusiyaya zərbələr endirib
12:08 / 18-09-2025
Əli Əsədov Qırğızıstana gedib
12:08 / 18-09-2025
Dünyanın ən böyük polad sifarişi veriləcək - Fotolar
11:56 / 18-09-2025
Milli Məclisdə dinləmə keçiriləcək
11:55 / 18-09-2025
Trampın əlində bitkoin tutan qızıl heykəli ucaldılıb
11:50 / 18-09-2025
Deputatdan narazılıq: "Bizi o Foruma niyə dəvət etmədilər?"
11:44 / 18-09-2025
FED-in yeni faiz qərarı fonunda dollar bahalaşıb
11:35 / 18-09-2025
Daha bir asteroid sürətlə Yerə doğru irəliləyir
11:20 / 18-09-2025
Makron həyat yoldaşının qadın olduğunu sübut etməyə çalışacaq
11:16 / 18-09-2025
Ermənilərin məhkəməsi gələn həftə keçiriləcək
11:09 / 18-09-2025
"Vahid Mədəniyyət Reyestri" sistemi yaradılacaq
10:57 / 18-09-2025
Yaponiya 100 illik rekorda imza atıb
10:57 / 18-09-2025
Məzahir Pənahovun oğlu keçmiş arvadına uduzub - 300 minlik əmlakı qaytaracaq
10:53 / 18-09-2025
Rusiyada azərbaycanlı iş adamını həbs etmək istəyirlər
10:52 / 18-09-2025
Trampın xanımı ukraynalı uşaqlardan xüsusi hədiyyə alacaq
10:42 / 18-09-2025
Ukrayna dəmir yollarına yenidən zərbələr endirilib
10:35 / 18-09-2025
Slovakiya və Macarıstan Rusiyadan enerji idxalını azaltmayacaq
13:31 / 16-09-2025

20:48 / 13-09-2025

18:40 / 14-09-2025

15:37 / 14-09-2025

13:50 / 14-09-2025

13:02 / 15-09-2025

13:17 / 14-09-2025

15:11 / 15-09-2025

13:39 / 16-09-2025

00:04 / 16-09-2025

16:41 / 13-09-2025

Deputat: “Ünvanlı sosial yardımla eyni vaxtda “uşaq pulu”nun verilməsi məqsədəuyğun deyil”
Tarix: 29-08-2019 17:47 | Bölmə: İqtisadiyyat

Azərbaycan dövlətinin uğurlu sosial siyasəti nəticəsində ölkədə daim güclənən sosial təminat sisteminin əhatə etdiyi əhali qruplarından biri də uşaqlardır. Ölkədə 10-dan çox sosial müavinət növü var ki, məhz uşaqların sosial müdafiəsinə yönəlib.
Hazırda sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar, şəhid ailələrinin və müharibə əlillərinin, beşdən çox uşağı olan qadınların, müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqları, valideyn himayəsindən məhrum olmuş uşaqlar aylıq sosial müavinətlə təmin edilirlər. Həmçinin aztəminatlı (ünvanlı dövlət sosial yardımı alan) ailələrin 1 yaşadək uşaqlarına aylıq sosial müavinət, yeni doğulan uşaqlara görə isə birdəfəlik müavinət ödənilir.
Çernobıl AES qəzası nəticəsində I və II qrup əlil olmuş, yaxud vəfat etmiş valideynlərin uşaqlarına, habelə Çernobıl qəzası nəticələrinin aradan qaldırılması iştirakçılarının dispanser qeydiyyatında olan uşaqlarına da müavinət verilir. Ailə başçısını itirmiş ailələrə də aylıq sosial müavinət və ya əmək pensiyası ödənilir ki, həmin ailələrin üzvlərinin böyük əksəriyyətini, habelə ünvanlı sosial yardım alan ailələrin üzvlərinin 50 faizdən çoxunu uşaqlar təşkil edir. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumları (himayəçiləri) aylıq sosial müavinətlə təmin edilirlər. Sığortaolunanlara da üç yaşınadək uşaqlara qulluğa görə müavinət ödənilir. Qeyd olunan müavinətlərin mütəmadi olaraq artırılması təmin edilir.
Dövlət başçısının 25 fevral 2019-cu il tarixli Sərəncamı bu istiqamətdə növbəti və əhəmiyyətli addımın atılmasına imkan verib. Belə ki, Sərəncama əsasən, aprelin 1-dən sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar üçün müavinətin məbləği 82 manatdan 150 manata çatdırılmaqla, həmin uşaqlara qulluq edənlər üçün də Prezidentin aylıq təqaüdü (50 manat) təsis edilib.
Eyni zamanda, Sərəncamla beşdən çox uşağı olan qadınların hər uşağına görə müavinət 33 manatdan 55 manata, müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqları üçün hər uşağa görə müavinət 68 manatdan 100 manata, uşaqların qəyyumları (himayəçiləri) üçün müavinət 61 manatdan 100 manata, ailə başçısını itirməyə görə müavinət hər ailə üzvü üçün 68 manatdan 80 manata, yeni doğulan uşaqlara görə birdəfəlik müavinət 109 manatdan 200 manata çatdırılıb.
Uşaqlar üçün verilən müavinətin bərpası məsələsi mütəmadi olaraq gündəmə gətirilir.
İlk növbədə vurğulamaq lazımdır ki, “uşaq pulu”nun verildiyi ölkələr demoqrafik problemlər yaşayır, Azərbaycan əhalisi isə artıq 10 milyon nəfəri keçib. Son 15 ildə əhali artımı 1.7 milyon nəfər təşkil edib. İnkişaf etmiş ölkələrdə yüksək məbləğdə verilən müavinətlər əhalinin azalmasının qarşını almaq üçün görülən stimullaşdırıcı tədbirlər xarakter daşıyır.
Bununla belə, sosial müavinətlərin verilməsində uşaqlara dair məsələlər tam diqqətdə saxlanılır və dövlət tərəfindən ünvanlılıq prinsipi əsas götürülür. Ölkə üçün əhali artımı deyil, daha yüksək kompetensiyalara malik vətəndaşın formalaşdırılması və bunun üçün imkanların yaradılması prioritetdir.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Musa Quliyev “Report”a açıqlamasında bildirib ki, bu il ərzində dövlət minimum əmək haqqının və minimum pensiya məbləğinin kəskin artımına gedib: “Bu isə dövlətin əhalinin maddi rifahının yüksəlməsi üçün daha böyük sosial yük götürdüyünü və məsələləri köklü şəkildə həll etmək niyyətini nümayiş etdirir. Azərbaycan əhali artımının aşağı olduğu, demoqrafik problem yaşayan ölkələrdən olmadığı üçün belə addımın atılması zərurəti yoxdur. Uşaqlar üçün verilən müavinətin bərpası formasında təkliflər verilərkən maliyyə yükü amili mütləq nəzərə alınmalı, bütövlükdə ailələrin sosial müdafiəsində hansı proqramların (ünvanlı sosial yardım sistemi, özünəməşğulluq proqramları) daha çox fayda verdiyi önə çıxarıla bilər”.
“Bu il büdcədən təxminən 4 milyard manata yaxın əlavə vəsait tələb olunub ki, sosial sahədəki mövcud artımların reallaşdırılması mümkün olsun. Ölkə başçısı ilin əvvəlində çıxışında qeyd etmişdi ki, büdcənin gəlirləri artdıqca sosial müdafiə sahəsinə də diqqət artırılacaq və əhalinin yaşayış rifahı yüksələcək” - deyə M.Quliyev əlavə edib.
Uşaqlar üçün verilən müavinətin bərpası məsələsinə gəlincə, komitə üzvü vurğulayıb ki, bu, diskussiya mövzusu kimi maraqlıdır: “Hesab edirəm ki, hökumətin də müvafiq qurumlarında bu məsələ müzakirə olunur. Milli Məclisdə də bu məsələ bir neçə dəfə müzakirəyə çıxarılıb. Azərbaycanda 2000-ci illərin əvvəllərində sosial müavinətin "uşaq pulu" şəklində verilməsi həyata keçirilirdi. Lakin sonradan uşağı olmayan ailələrin, eləcə də aztəminatlı ailələrin də sosial müdafiəsini də dövlət öz üzərinə götürməsi, onlara da müavinətlər verilməsi təklif olundu. Ünvanlı sosial yardım prinsipinə üstünlük verildi.
Ancaq həm “uşaqpulu”nun, həm də ünvanlı sosial yardımın verilməsi məqsədəuyğun deyil. Çünki "uşaq pulu" yuxarı məbləğdə təyin olunacaqsa, ailə avtomatik ünvanlı sosial yardım almaq imkanından xaric olunacaq. Yəni ailənin gəlirləri artacaq və onlara ünvanlı sosial yardım tətbiq olunmayacaq. Bəziləri də təklif edir ki, "uşaq pulu" ailənin gəlirlərindən asılı olmayaraq hər kəsə verilsin. Burada da sosial ədalət prinsipinə sadiq qalınmalıdır. Çünki elə ailə var ki, onların gəlirləri olduqca yüksəkdir. Onların ailəsinə dövlət tərəfindən 50 və ya 100 manatın verilib-verilməməsi ailə büdcələrinə hiss olunacaq dərəcədə təsiri olmayacaq. Lakin həmin vəsaiti aztəminatlı ailənin uşağına yönəltsək bu daha yaxşı olar”.
Bölməyə aid digər xəbərlər

Bu gün, 14:16
Ölkəmizdə ət bahalaşıb
Bu gün, 12:30
"Grok 5" ümumi süni intellekt sistemi olacaq - Foto
Bu gün, 12:08
Dünyanın ən böyük polad sifarişi veriləcək - Fotolar
Bu gün, 11:44
FED-in yeni faiz qərarı fonunda dollar bahalaşıb
Dünən, 12:39
Deputat: “Güzəşt müddəti uzadılsın”
Dünən, 10:16
Azərbaycanın strateji valyuta ehtiyatları artıb
Dünən, 08:14
Aİİ Hindistanla azad ticarət zonası yaradır
16-09-2025, 18:00
Dövlətə məxsus 55 maşın hərracda satılıb
16-09-2025, 16:46
Ağacın 1 qramı 10 min dollardır
16-09-2025, 14:44
İsrail iqtisadiyyatını ağır sınaqlar gözləyir
16-09-2025, 11:10
Dörd ölkədən Azərbaycana bəzi məhsulların idxalına məhdudiyyət qoyulub
16-09-2025, 09:20
Şirvan şəhərində bir neçə qurumda yoxlama aparılır
15-09-2025, 17:37
Rusiyadan Ermənistana qaz tədarükü dayandırılacaq
15-09-2025, 17:30
Azərbaycan INFE-yə tamhüquqlu üzv olub
15-09-2025, 12:39
Rusiya ilə Çin buğdanı avtomobillə dəyişirlər
13-09-2025, 16:41
İqtisadi Şuranın iclası keçirilib - Fotolar
12-09-2025, 18:00
“Slavyanka” sularından kəskin qoxu gəlir - AQTA məsələni araşdırır
12-09-2025, 17:50
Sədr müavini: "Metroda gələcəkdə diferensial qiymət artımı ola bilər"
12-09-2025, 14:58
İcra Hakimiyyətinin tenderi baş tutmayıb
12-09-2025, 13:34
Deputat: "Ətin qiyməti yüksəkdir"
12-09-2025, 12:05
“Rabitəbank" keşbeki azaldıb
12-09-2025, 11:19
Nazirlik yoxlamalarla bağlı açıqlama yayıb
12-09-2025, 10:10
Mədəniyyət Nazirliyi AzTV-yə 28 min ödəyəcək
12-09-2025, 09:28
Günəş panelləri Çini milyardlarla dollar zərərlə üzləşdirib
12-09-2025, 08:19
Almatı Moskva ilə “dəmir bağlantı”nı bərpa edir
12-09-2025, 00:39
Rusiyada vergiləri artırmaq istəyirlər
12-09-2025, 00:07
Rusiya Ukrayna sərhədi yaxınlığındakı hava limanını açıb
11-09-2025, 17:04
İsrail şirkəti: "Abşeronun su probleminin həlli üçün ən yaxşı texnologiyalar seçilir"
11-09-2025, 15:06
Sığorta şirkətlərindən şikayətlər artır - Siyahı
11-09-2025, 14:53
Dövlət obyektləri icarəyə verilir - Siyahı
10-09-2025, 16:21
Vüqar Bayramov: "Onların işdən çıxarılması qadağan olunmalıdır"
10-09-2025, 16:06
Deputat: "Bəzən vəfat edən şəxsin həyat yoldaşı ərinin pensiyasını almaq üçün 10 il gözləyir"
10-09-2025, 14:49
ADSEA-nın səlahiyyətləri artırılıb
10-09-2025, 11:47
Füzuli və Xocavənddə yanğın törədənlər cərimələniblər
10-09-2025, 11:31
Maliyyə Nazirliyi altı qurumda yoxlama aparır - Siyahı
10-09-2025, 11:00
Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb
9-09-2025, 18:02
Əmək pensiyaları artırılacaq
9-09-2025, 17:25
Nəqliyyat Agentliyində nöqsanlar aşkarlanıb
9-09-2025, 16:06
İki dövlət qurumunda yoxlama aparılır
9-09-2025, 12:51
Mərkəzi Bankın sədri: "Azərbaycanla sülh sazişi ölkəmizə investisiyaları artıracaq"
9-09-2025, 11:56
Dünya bazarında qızıl rekord qiymətədir
9-09-2025, 10:40
Çindən Azərbaycana yola düşən qatar Bakıya çatıb
9-09-2025, 07:53
Qızıl dolların ucuzlaşmasına səbəb ola bilər