20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
"Yalan məlumat verən fermertlərə subsidiya verilməyəcək" - Xəbərdarlıq
Tarix: 02-09-2019 16:38 | Bölmə: İqtisadiyyat
"Yalan məlumat verən fermertlərə subsidiya verilməyəcək" - Xəbərdarlıq

"Azərbaycanda əkin sahəsi barədə Kənd Təsərrüfatı Nazirliyinə yalan məlumat verən fermer subsidiyadan məhrum edilə bilər”.

Reyting.az
xəbər verir ki, bu sözləri nazir müavini İlham Quliyev deyib.

Onun sözlərinə görə, fermerin Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə daxil etdiyi məlumat operativ yoxlanılacaq və araşdırılacaq: "Əgər daxil edilən informasiyada 5%-ə qədər səhv məlumat aşkarlanarsa fermerə subsidiya veriləcək. Əgər məlumatda 20% xəta aşkarlanarsa, həmin fermerin subsidiyası 30% azaldılacaq. Əgər xəta 30-50% arasıda olarsa fermer 1 il müddətinə, 50%-dən çox olarsa fermer 2 il müddətinə subsidiyadan məhrum ediləcək".




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər