20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
BP şirkəti “Azəri-Çıraq-Günəşli” layihəsindəki payını satacaqmı?
Tarix: 12-09-2019 14:38 | Bölmə: İqtisadiyyat
BP şirkəti “Azəri-Çıraq-Günəşli” layihəsindəki payını satacaqmı?

“BP Plc” şirkəti bəzi neft layihələrini satmağı və işlərini Paris razılığı ilə uyğunlaşdırmaq üçün digərlərinin inkişafını dayandırmağı planlaşdırır.

Bu barədə baş direktor Bob Dadli məlumat verib.

Reyting.az “Bloomberg” agentliyinə istinadla xəbər verir ki, “BP” şirkətinin baş idarəçiləri karbonun həcmini azaltmaq üçün xərclərin Paris sazişinə necə uyğunlaşdığının izahını tələb edən bir səhmdarın istəyi ilə görüşüblər.

“BP”-nin idarəetmə qrupu tərəfindən hazırlanan bir təklifdə ən böyük karbon həcmli layihələrdən çıxış irəli sürülür.

Bob Dadli “hökumətlər və tərəfdaşlar iştirak etdiyi üçün” konkret layihə adı çəkməyib.

O, “BP”-nin Alyaskadakı neft və qaz yataqlarının keçən ay satışa çıxarılmasının bu məqsədə kömək etdiyini bildirib.

Xatırladaq ki, keçən həftə “Carbon Tracker”-in hesabatında Anqoladakı “Zinia 2” layihəsi və “Azəri-Çıraq-Günəşli” “BP”-nin ən çirkli sərmayələri adlandırılıb və onların Paris sazişinə qeyri-uyğunluğu bildirilib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər