18:10 / 19-04-2025
Yardımlıda zəlzələ olub
Elman Rüstəmov: "İnflyasiyanın hədəflənməsi rejiminə keçəcəyik”
Tarix: 30-09-2019 18:42 | Bölmə: İqtisadiyyat
Elman Rüstəmov: "İnflyasiyanın hədəflənməsi rejiminə keçəcəyik”

“Ölkədə biznes kreditlərinin illik faiz dərəcəsi, əsasən, Azərbaycan Mərkəzi Bankının (AMB) müəyyən etdiyi uçot dərəcəsi əsasında formalaşır”.

Bunu jurnalistlərə açıqlamasında AMB-nin sədri Elman Rüstəmov deyib.

“Bununla yanaşı, əmanət faizləri, eləcə də dövlət qiymətli kağızlarının da gəlirliliyi müəyyən qədər uçot dərəcəsindən asılı olaraq dəyişir. Burada birbaşa təsirə o vaxt nail olacağıq ki, inflyasiyanın hədəflənməsi rejiminə keçəcəyik”, - o qeyd edib.

Bundan başqa, baş bankir bildirib ki, son 25 ildə Azərbaycanda orta illik inflyasiya 5% civarında olub, manat ABŞ dolları qarşısında cəmi iki dəfə kəskin ucuzlaşıb: “Halbuki qonşu ölkələrdə milli valyutanın kəskin dəyərdən düşməsi 10 dəfəyə qədər baş verib”.




Bölməyə aid digər xəbərlər
17-04-2025, 15:03 ARDNF-in aktivləri artıb
8-04-2025, 11:53 Çin ABŞ-a meydan oxuyur