20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Təhsil Nazirliyi ilə "ASAN Xidmət"də yoxlama aparılıb
Tarix: 07-10-2019 16:33 | Bölmə: İqtisadiyyat
Təhsil Nazirliyi ilə "ASAN Xidmət"də yoxlama aparılıb

Hesablama Palatasının növbəti kollegiya iclası keçirilib.

Reyting.az
Palataya istinadla xəbər verir ki, iclasda aşağıdakı nəzarət tədbirləri üzrə Auditor Hesabatları müzakirə olunub:

- Təhsil Nazirliyinin 1 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinə ayrılan büdcə vəsaitlərinin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrasına dair;

- Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN Xidmət") 2018-ci il illik maliyyə hesabatlarına dair.

Kollegiya iclasında hər bir nəzarət tədbiri üzrə Auditor Hesabatları barədə müvafiq qərar qəbul olunub. Nəzarət tədbirlərinin nəticələri üzrə qərarın icrasını təmin etmək məqsədilə aidiyyəti qurumlara Kollegiya qərarının və Auditor hesabatının göndərilməsi, Milli Məclisə müvafiq məlumatın təqdim olunması qərara alınıb.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər