12:56 / 15-10-2024
Sabah yağış yağacaq
12:47 / 15-10-2024
Əhalinin sayı açıqlanıb
AQTA rəsmisi: "24 min ton yararsız ət məhsulu ixracatçı ölkəyə geri qaytarılıb"
Tarix: 29-10-2019 12:29 | Bölmə: İqtisadiyyat
AQTA rəsmisi: "24 min ton yararsız ət məhsulu ixracatçı ölkəyə geri qaytarılıb"

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) jurnalistlər üçün Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşən Bakı Karqo Terminalına infotur təşkil edib.

AQTA-nın sektor müdiri Samir Rüstəmli jurnalistlərə açıqlamasında bildirib ki, 9 ay ərzində 24000 kq yararsız ət məhsulu ixracatçı ölkəyə geri qaytarılıb, 16 müraciətə (karantin tətbiq edilən orqanizmin aşkarlanması ilə bağlı) imtina verilib.

Onun sözlərinə görə, aşkar olunan karantin tətbiq edilən zərərli orqanizmin təhlükəliliyi nəzərə alınaraq 105 572 kq məhsul məhv edilib, habelə 925.4 ton məhsul müxtəlif üsullarla (fumiqasiya, termik emal, ələnmə və s.) zərərsizləşdirilib: "Nəticələr uyğun olduğu təqdirdə məhsullara qida təhlükəsizliyi sertifikatı verilir ki, həmin sənədlə sahibkarlar idxal etdikləri məhsulları ticarət dövriyyəsinə daxil edə bilirlər. Bu ilin ilk 9 ayı ərzində 19 997 qida təhlükəsizliyi sertifikatı verilib".

Report




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}