20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Palata daha bir şirkəti cərimələdib
Tarix: 08-11-2019 11:01 | Bölmə: İqtisadiyyat
Palata daha bir şirkəti cərimələdib

Maliyyə Bazarlarına Nəzarət Palatası "Diadem" MMC-nin inzibati qaydada cərimələnməsi barədə iki protokol tərtib edib.

"Report"un xəbərinə görə, İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi yazılan protokollara əsasən, Sumqayıt Şəhər Məhkəməsi qərarlar çıxarıb.

Bu inzibati xətaya görə, hüquqi şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaitinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Məhkəmə qərarlarından Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilib.

Qeyd edək ki, "Diadem" MMC tikinti şirkətidir və bir çox böyük məbləğli tenderlərin qalibi olub.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər