20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Azərbaycanın bank sektoruna 2 milyard manata yaxın kapital qoyulub
Tarix: 14-11-2019 11:32 | Bölmə: İqtisadiyyat
Azərbaycanın bank sektoruna 2 milyard manata yaxın kapital qoyulub

2019-cu ilin əvvəlindən Azərbaycanın bank sektoruna 1,9 milyard manat kapital inyeksiyası həyata keçirilib.

Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin sədr əvəzi İbrahim Alışov məlumat verib.

“Hazırda ölkədəki 30 bankın 14-də xarici kapital mövcuddur və ineksiya edilən 1,9 milyard manat kapitalın 1 milyard manatı xarici kapitallı bankların payına düşüb. Bunun 800 milyon manatı yeni (“Fresh”) kapitaldır”, - deyə o, qeyd edib.

“2017-ci ilin II yarısından başlayaraq Azərbaycanda bank əmanətlərinin azalması dayanıb və əmanətlər artmağa başlayıb. Həmin vaxtdan bank sektorunda ilkin müsbət trendlərin şahidi olduq. Təbii ki, 2017-2019-cu illərdə aparılmış instusional və hüquqi islahatlar, kapitallaşma problemlərinin aradan qaldırılması bank sektorunun ölkə iqtisadiyyatına verə biləcəyi rol növbəti dövrlərdə biznes-bank münasibətlərini yeni müstəviyə çıxardı”, - deyə İ.Alışov əlavə edib/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər