20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Ölkəmizdə sahibkar qadınların sayı artır - Nazir müavini
Tarix: 18-11-2019 12:05 | Bölmə: İqtisadiyyat
Ölkəmizdə sahibkar qadınların sayı artır

Azərbaycanda hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olan qadınların sayı 200 minə yaxındır.

Reyting.az
APA-ya istinadla xəbər verir ki, bunu “Üfüqdə yeni fürsətlər: Qadın Sahibkarlara yaşıl işıq” adlı forumda çıxış edən Azərbaycanın İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib.

Onun sözlərinə görə, onlardan təxminən 33%-i Bakıda, 17%-i Aranda, 16%-i Gəncə-Qazax, 10%-ə yaxını isə Lənkəran, qalanları isə digər iqtisadi rayonlarda fəaliyyət göstərir.

"Sahibkarlığın maliyyə resurslarına çıxışını təmin etmək məqsədilə yaradılan güzəştli mexanizmlərdən qadın sahibkarlar da yararlanır. Təkcə Sahibkarlığın İnkişafı Fondunun vəsaitlərindən indiyədək təxminən 4 300-dək sahibkarlıqla məşğul olan qadın yararlanaraq 115 mln. manatdan çox kredit əldə ediblər", - deyə N. Səfərov qeyd edib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər