Şahin Mustafayev Tehranda növbəti görüş keçirib - Foto
Tarix: 05-12-2019 17:37 | Bölmə: İqtisadiyyat
Şahin Mustafayev Tehranda növbəti görüş keçirib

Bu gün Tehranda İran İslam Respublikasının İqtisadiyyat naziri Fərhad Dejpəsənd və Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev arasında görüş keçirilib.

Reyting.az
“IRNA”-ya istinadla xəbər verir ki, görüşdə Azərbaycana son səfəri zamanı iki ölkə prezidentləri arasında əldə olunan razılaşmalara toxunan Fərhad Dejapsand deyib: “İran və Azərbaycanın Birgə Komissiyasının növbəti iclasında iki ölkə prezidentlərinin razılaşdırdığı layihələrin detalları razılaşdırılmalıdır”.

Nazir bildirib ki, İran İnnovasiya və İnkişaf Fondu Azərbaycanın İnnovasiya Agentliyi ilə əməkdaşlığa hazırdır.

Fərhad Dejpəsənd Azərbaycan Prezidentinin gələn ilin əvvəlində İrana səfərinə toxunaraq bildirib: “İki ölkənin Birgə İqtisadi Komissiyasının iclası ən qısa müddətdə keçirilməlidir ki, müəyyən nəticələr əldə olunsun”.

İqtisadiyyat naziri bəzi birgə layihələrə, o cümlədən Astaraya qədər olan Rəşt dəmir yolu layihəsinin başa çatması və ortaq sənaye şəhərciyinin yaradılması və iki ölkə arasında bank əməkdaşlığının inkişaf etdirilməsinə xüsusi əhəmiyyət verildiyini bildirib.

Şahin Mustafayev Tehranda növbəti görüş keçirib

Dejapəsənd iki ölkə prezidentinin razılaşdırdığı başqa bir məsələ kimi İran və Azərbaycan arasında elmi və texnoloji əməkdaşlığın inkişaf etdiyini vurğulayıb.

Görüşdə Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafiyev İranın İqtisadiyyat nazirinin əsas məsələlərə dair təklifini məmnuniyyətlə qarşılayıb və ən qısa müddətdə iki ölkənin Birgə İqtisadi Komissiyasının iclasının keçiriləcəyini deyib.

O qeyd edib ki, son illərdə iki ölkənin böyük uğurlarına baxmayaraq, İran və Azərbaycanın iqtisadi əməkdaşlığının daha da inkişaf etdirilməlidir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
19-04-2024, 10:39 Bitcoin ucuzlaşıb

{sape_links}{sape_article}