20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Əlavə səlahiyyətlər yerli büdcələrin artımına səbəb ola bilər
Tarix: 24-12-2019 19:35 | Bölmə: İqtisadiyyat
Əlavə səlahiyyətlər yerli büdcələrin artımına səbəb ola bilər

Dekabrın 23-ü Azərbaycanda yerli özünüidarətmə orqanı olan bələdiyyələrə seçkilərlə yadda qaldı. Artıq bələdiyyə üzvləri seçilib, bundan sonrakı mərhələ üzvlər arasında daxili seçki keçirməklə bələdiyyə sədrlərini müəyyələşdirib işə başlamaqdır.

Qeyd edək ki, bəzi deputatlar və iqtisadçı-ekspertlər bələdiyyələrin hazırki səlahiyyətlərini qaneedici saymırlar. Onların sözlərinə görə, bələdiyyələrin səlahiyyətləri artırılmalıdır. Belə olacağı təqdirdə yerli büdcələrdə artım baş verər, bu isə bələdiyyə ərazilərində inkişafın təkanvericisinə çevrilər.

Yerli büdcələrin vəziyyəti diqqətimizi cəlb etdiyindən ilk olaraq, cəbhə bölgəsindəki rayonlardan birinin vəziyyətini öyrənməyə çalışdıq.

Füzuli rayonu üzrə bələdiyyə büdcələrinin 2019-cu ilin yanvar-oktyabr aylarındakı icrasına dair təhlildə bildirilir ki, qeyd edilən tarixə rayonda 21 bələdiyyə fəaliyyət göstərir.

Füzuli Rayon Statistika İdarəsinin rəisi Rafiq Məstəliyev Reyting.az-a göndərdiyi məktubda həmin bələdiyyələrin hesabat dövründə büdcələrinə daxil olan vəsaitin məbləğini də açıqlayıb:

“Gəlirlərin məbləği – 53,5 min manat, o cümlədən fiziki şəxslərdən torpaq vergisi 1,1 min manat, əmlak vergisi 0,4 min manat, bələdiyyə əmlakının və torpağın icarəyə verilməsindən daxil olan gəlirlər 9,4 min manat, torpağın özəlləşdirilməsindən daxil olan gəlirlər 1,2 min manat, dövlət büdcəsindən daxil olan dotasiyanın məbləği isə 41,6 min manat olub”.

İdarə rəisi bələdiyyə büdcələrinin xərclərinə də diqqət yönəldib:

“Xərclərin məbləği - 52,6 min manat, o cümlədən yerli özünüidarəetmə orqanının saxlanmasına 7,2 min manat, nəqliyyat və rabitə xərcləri, avtomobil yolları və avtomobil nəqliyyat xərcləri 43.6 min manat, mənzil-kommunal təsərrüfat xərcləri 1,8 min manat sərf edilib”.

Təbii ki, bələdiyyələrin məhdud imkanları baxımından büdcələrini qismən normal saymaq mümkün olsa da, əslində, belə büdcə ilə inkişafa nail olmaq, yeni iş yerlərinin açılması və s. planları reallaşdırmaq mümkün deyildir. Bu səbəbdən də, ekspertlərin bələdiyyələrə əlavə səlahiyyətlərin verilməsi ilə bağlı təklifləri reallaşdırılmalıdır.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər