20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Konstitusiya Məhkəməsi əmək pensiyaları ilə bağlı məsələyə baxacaq
Tarix: 14-01-2020 18:03 | Bölmə: İqtisadiyyat
Konstitusiya Məhkəməsi əmək pensiyaları ilə bağlı məsələyə baxacaq

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətinin məlumatına görə, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Nazirlər Kabinetinin sorğusuna baxılaraq Konstitusiya Məhkəməsi Plenumunun icraatına qəbul olunması haqqında qərardad çıxarılıb.

Sorğuya mahiyyəti üzrə tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun fevralın 5-nə təyin edilmiş iclasında baxılacaq.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər