Əmanətçilərə 261 milyon 402 min manatdan artıq kompensasiya ödənilib
Tarix: 30-09-2016 16:17 | Bölmə: İqtisadiyyat


 

Əmanətlərin Sığortalanması Fondu sentyabrın 28-də "Parabank" ASC-nin qorunan əmanətçilərinə 32 milyon 570 min manat, "Zaminbank" ASC-nin əmanətçilərinə 49 milyon 004 min manat, "Kredobank" ASC-nin əmanətçilərinə 17 milyon 181 min manat və "Dekabank" ASC-nin əmanətçilərinə isə 2 milyon 772 min manatdan artıq kompensasiya ödəyib.

Reyting.az-ın xəbərinə görə, Əmanətlərin Sığortalanması Fondundan AZƏRTAC-a bildiriblər ki, 4 bank üzrə ödənilən kompensasiyanın ümumi məbləği 101 milyon 527 min manatdan artıqdır.

Eyni zamanda, "Atrabank" ASC-nin və "Qafqaz İnkişaf Bankı" ASC-nin qorunan əmanətçilərinə ümumilikdə 14 milyon 981 min manatdan artıq kompensasiya ödənilib ki, bunun da 13 milyon 282 min manatı "Atrabank"ın, 1 milyon 699 min manatı "Qafqaz İnkişaf Bankı"nın payına düşür.

"Bank of Azerbaijan" ASC-nin qorunan əmanətçilərinə 24 milyon 091 min, "Gəncəbank" ASC-nin əmanətçilərinə 925 min 721 manat, "Texnikabank" ASC-nin əmanətçilərinə isə 119 milyon 878 min manatdan artıq kompensasiya ödənilib. Üç bank üzrə ödənilən kompensasiyanın ümumi məbləği 144 milyon 894 min manatdan çoxdur.

Ümumilikdə, Əmanətlərin Sığortalanması Fondu tərəfindən 9 bank üzrə 261 milyon 402 min manatdan artıq kompensasiya ödənişi həyata keçirilib.





Bölməyə aid digər xəbərlər
bütün xəbərlər