17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
ABŞ rəsmisi Bakıda: "Bu, birgə məqsədlərimizə dair olan öhdəliyin işarəsidir"
Tarix: 28-02-2020 15:56 | Bölmə: İqtisadiyyat
ABŞ rəsmisi Bakıda: "Bu, birgə məqsədlərimizə dair olan öhdəliyin işarəsidir"

"Cənub Qaz Dəhlizi layihəsi məqsədlərimizin əldə olunması üçün birgə işləyərək qazandığımız nailiyyətin təsdiqidir".

Bunu Cənub Qaz Dəhlizinin Məşvərət Şurası çərçivəsində nazirlərin görüşündə iştirak edən ABŞ-ın Enerji Diplomatiyasi üzrə Dövlət Katibinin Köməkçisinin müavini Kurt Donili bildirib.

K. Domili Birləşmiş Ştatların Cənub Qaz Dəhlizinə verdiyi dəstəyi yenidən vurğulayıb. O, Cənub Qaz Dəhlizi layihəsini “məqsədlərimizin əldə olunması üçün birgə işləyərək qazandığımız nailiyyətin təsdiqi” olaraq qiymətləndirib: “Bizim buraya toplaşmağımızın səbəbi sözügedən birgə məqsədə sadiq olmağımız, layihənin uğurla başa çatdırılmasına və birgə məqsədlərimizə dair olan öhdəliyin işarəsidir".

Dövlət Katibinin Köməkçisinin Müavini Donili həmçinin Birləşmiş Ştatların layihəyə qatılan bütün tərəfdaşlarla birgə işləyərək qaz dəhlizinin davamlı uğurunu təmin etmək istəyini bildirib.

K. Donili qeyd edib ki, Cənub Qaz Dəhlizi kəməri genişləndirilə bilən bir layihədir: “Biz ümid edirik ki, digər potensial enerji təzhizatçıları enerji təhlükəsizliyinə təkan verərək bu layihədən bəhrələnə biləcəklər”. 




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}