“Corona” pivəsini istehsal edən şirkət ziyana düşüb
Tarix: 28-02-2020 23:24 | Bölmə: İqtisadiyyat
“Corona” pivəsini istehsal edən şirkət ziyana düşüb

Məşhur “Corona” pivəsini istehsal edən “Anheuser-Busch“ koronavirusun yayılmasından sonra son 2 ayda 170 milyon dollar zərərlə üzləşib.

Reyting.az
“İndependent”-ə istinadla xəbər verir ki, “Corona”nın satışının azalması nəticəsində yaranan itki son on ildə şirkət üçün ən pis maliyyə göstəricisidir.

Bu pivədən başqa “Badweizer” və “Beck” kimi tanınmış markalar istehsal edən “Anheuser-Busch“ şirkətinin baş direktoru Carlos Brito insanların kafe və restoranlara getmə ehtimalının az olduğunu və satışların azaldığını söyləyib.

Qeyd edək ki, koronavirus bu günə qədər dünyanın 40 ölkəsinə yayılıb və bir çox müəssisələrə, xüsusən turizm sektoruna təsir edib.

İndiyə qədər 80 minə yaxın insan bu virusa yoluxub və əksəriyyəti Çindən olan 2800-dən çox insan virusdan dünyasını dəyişib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}