20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Məhdudlaşdırıcı tədbirlərdən zərər çəkən sahibkarlara kömək ediləcək
Tarix: 17-03-2020 18:53 | Bölmə: İqtisadiyyat
Məhdudlaşdırıcı tədbirlərdən zərər çəkən sahibkarlara kömək ediləcək

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə martın 17-də Baş Nazir Əli Əsədovun yanında iqtisadi məsələləri müzakirə etmək üçün hökumətin iclası keçirilib.

Nazirlər Kabinetinin Mətbuat Xidmətindən Reyting.az-a verilən məlumata görə, iclasda koronavirus pandemiyasının qlobal miqyasda yaratdığı neqativ mühitin Azərbaycan iqtisadiyyatına mümkün təsirləri və qabaqlayıcı tədbirlər haqqında müzakirələr aparılıb.

Hökumətə tapşırılıb ki, bir həftə ərzində ticarət, ictimai iaşə və nəqliyyat sahələrində tətbiq edilən məhdudlaşdırıcı tədbirlərin təsiri nəticəsində sahibkarlara dəyə biləcək itkilərin minimuma endirilməsi üçün dövlət tərəfindən müxtəlif formalarda dəstək verilməsi də daxil olmaqla təkliflər paketi hazırlasın.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər