17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Nazirlər Kabineti bəzi məhsulların reklamını qadağan etdi - Siyahı
Tarix: 19-10-2016 12:20 | Bölmə: İqtisadiyyat


Nazirlər Kabineti "Reklamı qadağan olunan əmtəələrin Siyahısı”nı təsdiqləyib. Siyahıda 15 növ əmtəə yer alıb.

Reyting.az-ın məlumatına görə, siyahıya sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış əmtəələr, istehsalına (satışına) lisenziya tələb olunan, lakin barəsində belə lisenziya verilməyən əmtəələr, həkim resepti əsasında buraxılan dərman vasitələri, dopinq vasitələri, istifadəsinə (tətbiqinə) Səhiyyə Nazirliyi tərəfindən icazə verilməmiş tibbi təyinatlı texnika, müalicə, profilaktika, diaqnostika və reabilitasiya metodları, o cümlədən hipnoz seansları, kontaktsız, psixi və ya bioenergetik təsirə əsaslanan müalicə metodları, hamiləliyin süni yolla pozulması üzrə tibbi xidmətlər, süni mayalanma üzrə tibbi xidmətlər, tütün, tütün məmulatları və onların ləvazimatları, o cümlədən tənbəki çubuqları, qəlyanlar, elektron siqaretlər, siqaret kağızları, alışqanlar, satışa çıxarılması barədə qərar qəbul edilməmiş qiymətli kağızlar, keçirilməsi qadağan edilmiş stimullaşdırıcı lotereyalar və qeydiyyata alınmamış digər lotereyalar, Gənclər və İdman Nazirliyi tərəfindən tanınmamış və idman növlərinin dövlət reyestrinə daxil edilməmiş idman növləri, qumar oyunları, pornoqrafiya, "Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Qanun ilə müəyyən edilmiş əmtəələr və "Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Qanunu ilə müəyyən edilmiş əmtəələr daxildir.

 

 





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}