OPEC+ Nazirlər Monitorinq Komitəsinin keçirilmə tarixi bəlli olub
Tarix: 13-05-2020 13:56 | Bölmə: İqtisadiyyat
OPEC+ Nazirlər Monitorinq Komitəsinin keçirilmə tarixi bəlli olub

OPEC+ Nazirlər Monitorinq Komitəsi iyunun 8-də iclas keçirəcək, görüş, çox güman, virtual olacaq. Nazirlərin geniştərkibli görüşü isə planlaşdırıldığı kimi, iyunun 9-10-da keçiriləcək.

Bu barədə nümayəndə heyətlərindəki mənbələr məlumat verib.

Mənbənin məlumatına görə, iyunun 2-3-də OPEC katibliyi yanında İqtisadi Şuranın iclası, iyunun 4-də isə Texniki Komitənin görüşü keçiriləcək. Bütün görüşlərin video formatında keçirilməsi planlaşdırılıb.

Agentliyin digər həmsöhbəti isə əlavə edib ki,

adətən Monitorinq Komitəsinin tövsiyələrinin nəzərdən keçirildiyi OPEC və qeyri-OPEC ölkələrinin nazirlərinin görüşləri iyunun 9-10-da, böyük ehtimalla, onlayn qaydada keçiriləcək/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər