18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızı... - Hökumət qərar verdi
Tarix: 14-08-2020 20:21 | Bölmə: İqtisadiyyat
Daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızı... - Hökumət qərar verdi

“Daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızının tərtib edilməsi Qaydası” təsdiq edilib.

Reyting.az
xəbər verir ki, Baş Nazir Əli Əsədovun imzaladığı qərara əsasən, Mərkəzi Bank ipoteka kağızının elektron sistemi fəaliyyətə başlayana qədər dövriyyədə olan daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızları barədə sənədlərin və elektron formada olan məlumatların 6 (altı) ay müddətində İqtisadiyyat Nazirliyinə verilməsini təmin etməli və bu barədə Nazirlər Kabinetinə məlumat verməlidir.

İqtisadiyyat Nazirliyi dövriyyədə olan daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızları, habelə həmin ipoteka kağızlarında dəyişiklik edilməsi və onlara xitam verilməsi barədə məlumatların ipoteka kağızının elektron sistemində yerləşdirilməsini təmin etməlidir.

Qərar müvafiq elektron sistemin fəaliyyətə başlaması ilə eyni gündə qüvvəyə minir.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər