AQTA-ya yeni səlahiyyət verilib - Fərman
Tarix: 24-09-2020 17:30 | Bölmə: İqtisadiyyat
AQTA-ya yeni səlahiyyət verilib - Fərman

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) vəzifələri arıtılıb.

Reyting.az
xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmana əsasən, AQTA ictimai iaşə sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri və onların vəzifəli şəxsləri tərəfindən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tələblərinə əməl edilməsinə nəzarəti həyata keçirəcək.




Bölməyə aid digər xəbərlər
19-04-2024, 10:39 Bitcoin ucuzlaşıb

{sape_links}{sape_article}