07:44 / 21-06-2024
KTMT Almatıda toplanır
Sahibkarlar Azexport.az-la əməkdaşlığa başlayır - Fotolar
Tarix: 22-02-2017 14:10 | Bölmə: İqtisadiyyat

Sahibkarlar Azexport.az-la əməkdaşlığa başlayır

Azərbaycanın müxtəlif şəhər və rayonlarından olan 30-dan artıq sahibkar bu gündən Azexport.az-la əməkdaşlığa başlayır.

Reyting.az xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində təşkil olunan görüşdə iş adamları ilə Azexport portalının rəhbəri Zaur Qardaşov görüşüb.

Z.Qardaşov bildirib ki, Azərbaycanda sahibkarlıqla məşğul olan şirkətlər Azexporta məhsullarını əlavə etməkdə maraqlıdır. Bunun da nəticəsi olaraq, yerli məhsullara Çin, Rusiya, Gürcüstan, Misir, Bolqarıstan, Türkiyə, Belarus, Pakistan və başqa ölkələrdən sifarişlər daxil olub.

Daha sonra portalla əməkdaşlıq edən şirkətlərin təmsilçilərinə məhsul və xidmətlər haqqında məlumatların portala daxil edilmə yolları izah edilib, portal barədə ətraflı məlumat verilib.

Qeyd edək ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin fəaliyyət məqsədləri ölkənin dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində makro və mikroiqtisadi səviyyədə təhlil və tədqiqatlar aparmaqla, analitik məlumatlar əsasında iqtisadi islahatların həyata keçirilməsi üçün təkliflər, habelə orta və uzun müddətli dövr üçün proqnozlar hazırlamaqdan, dövlət orqanlarını və qurumlarını həmin proqnozlarla təmin etməkdən, həmçinin iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycan Respublikasının nailiyyətlərinin təbliğini təşkil etməkdir.

Əlaqə:

Zənurə Talıbova - PR menecer, Telefon: (012) 521-34-96, (050) 295-86-88

Məsumə Talıbova - Media mütəxəssisi, Telefon: (012) 521-33-18, (050) 295-86-89

Ünvan: Bakı şəh., Neftçilər Pr.24 , Dalğa Plaza BM. (AZ1095)

E-mail: [email protected]

Web:http://iqtisadiislahat.org/contact-us

http://ereforms.org/contact-us

http://ecoreform.az/contact-us

https://www.facebook.com/iqtisadiislahat/

https://twitter.com/iqtisadiislahat.

Sahibkarlar Azexport.az-la əməkdaşlığa başlayır
Sahibkarlar Azexport.az-la əməkdaşlığa başlayır
Sahibkarlar Azexport.az-la əməkdaşlığa başlayır
Sahibkarlar Azexport.az-la əməkdaşlığa başlayır




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}