09:33 / 27-06-2025
Qaxda zəlzələ olub
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsi ilə bağlı qərar verib
Tarix: 30-10-2020 11:49 | Bölmə: İqtisadiyyat
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsi ilə bağlı qərar verib

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinin 6,5% səviyyəsində saxlanılması barədə qərar qəbul edib.

Bu barədə qurumun sədri Elman Rüstəmov onlayn keçirdiyi mətbuat konfrasında məlumat verib.

Onun sözlərinə görə, faiz dəhlizinin yuxarı həddi 7%, aşağı həddi isə 6% saxlanılıb.

Bu qərar bu gündən qüvvəyə minir. AMB-nin rəhbərliyi faiz dəhlizinin parametrlərinə növbəti dəfə dekabrın 18-də baxacaq.




Bölməyə aid digər xəbərlər