18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Mərkəzi Bank sədri: "Bank sektorundakı vəziyyət proqnozlaşdırılandan daha yaxşıdır"
Tarix: 30-10-2020 12:58 | Bölmə: İqtisadiyyat
Mərkəzi Bank sədri: "Bank sektorundakı vəziyyət proqnozlaşdırılandan daha yaxşıdır"

Azərbaycan Mərkəzi Bankının (AMB) rəsmi valyuta ehtiyatlarının azalması gözlənilmir, əksinə, artım baş verə bilər.

Bunu faiz dəhlizinin parametrlərinə dair AMB-nin onlayn mətbuat konfransında çıxış edən bankın sədri Elman Rüstəmov deyib.

“Bizim proqnozumuza görə, bankın rəsmi valyuta ehtiyatları stabil qalacaq və yaxud bir qədər artacaq", - deyə AMB sədri qeyd edib.

Bank sektorunun mövcud vəziyyətinə toxunan E. Rüstəmov bildirib ki, bankların portfelinin vəziyyətini təhlil etmək üçün geniş həftəlik monitorinqlər aparılır və situasiya mart ayında keçirilmiş stress-testlərin nəticələrindən, yəni proqnozlaşdırılandan daha yaxşıdır. E. Rüstəmov əlavə edib ki, bu barədə növbəti həftə əlavə açıqlamalar veriləcək.

Sədr qeyd edib ki, COVID-19 pandemiyası şəraitində bank sektorunda və xüsusən istehlak kreditlərində pisləşmə var və bu, normaldır, lakin bank sektorunun ikiqat kapital buferi sayəsində pandemiya bankların maliyyə vəziyyətinə təsir göstərmir./APA




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər