Tarix: 16-03-2017 12:29 | Bölmə: İqtisadiyyat
ABŞ-ın mərkəzi bank funksiyasını yerinə yetirən Federal Ehtiyat Sistemi (FES) baza faiz dərəcəsini illik 0,5-0,75% səviyyəsindən 0,75-1% faizə qədər artırıb.
Qərar FES-in mart ayı üzrə iclasının yekununda qəbul olunub.
Məlumata görə, FED-in uçot dərəcəsini artırmaq qərarı Azərbaycan Mərkəzi Bankının (AMB) monetar siyasətinə birbaşa təsir etməyəcək.
Bu barədə "Fitch" beynəlxalq reytinq agentliyinin bu gün Bakıda keçirilən VI illik konfransında AMB-nin Tədqiqat və inkişaf mərkəzinin maliyyə sektoru və bazarlarının təhlili üzrə şöbəsinin müdiri Leyla Yusifzadə deyib.
"Ola bilər ki, FED-in qərarının dolayısı ilə bizə təsirləri olsun. Amma bu, psixoloji təzyiqlər şəklində olacaq. Əgər neftin qiyməti nəzərəçarpacaq dərəcədə dəyişəcəyi halda monetar siyasət dəyişə bilər. Neft qiymətlərinin cüzi dəyişməsi fiskal siyasətə və eyni zamanda Dövlət Neft Fondunun xərclərinə təsir etməyəcək. Amma mən düşünmürəm ki, FED-in dünənki qərarının təsiri olmayacaq", - deyə o bildirib.(APA)
Bölməyə aid digər xəbərlər