18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Dünya bazarında neftin qiyməti artıb
Tarix: 21-11-2020 12:51 | Bölmə: İqtisadiyyat
Dünya bazarında neftin qiyməti artıb

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2021-ci ilin yanvar müqaviləsinin dəyəri 1,72 faiz artaraq 1 barelə görə 44,96 dollar təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında gələn ilin yanvarında ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri isə 0,98 faiz artaraq 42,15 dollar olub.

Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin də qiyməti artıb.

Azərbaycan nefti 1 barelə olan 2,52 ABŞ dolları və ya 5,9 faiz bahalaşaraq 44,78 dollar təşkil edib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər