21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
İnvestisiya Holdinqinin portfel şirkətlərinin Müşahidə Şuraları formalaşdırılacaq
Tarix: 27-02-2021 14:33 | Bölmə: İqtisadiyyat
İnvestisiya Holdinqinin portfel şirkətlərinin Müşahidə Şuraları formalaşdırılacaq

Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Müşahidə Şurasının sədri, Baş nazir Əli Əsədovun sədrliyi ilə Şuranın növbəti iclası keçirilib.

Nazirlər Kabinetinin Mətbuat Xidmətindən Reyting.az-a bildirilib ki, iclasda ölkə prezidentinin 2021-ci il 12 fevral tarixli sərəncamından irəli gələn tapşırıqlara uyğun olaraq nəqliyyat sahəsində fəaliyyət göstərən dörd dövlət şirkətinin – "Azərbaycan Hava Yolları", "Azərbaycan Dəmir Yolları" və "Bakı Metropoliteni" QSC-lər, eləcə də "BakuBus" MMC-nin AİH-in idarəçiliyinə verilməsinə dair məsələ şirkətlərin rəhbərlərinin iştirakı ilə müzakirə olunub.

Eyni zamanda, iclasda dövlət başçısının AİH ilə bağlı imzaladığı Fərman və Sərəncamlardan irəli gələn tapşırıqlar-portfel şirkətlərdə korporativ idarəetmənin təşkili, səmərəli və şəffaf fəaliyyəti, maliyyə sağlamlığının gücləndirilməsi, dayanıqlı inkişafın təmini və bəzi təşkilati məsələlərə dair fikir mübadiləsi aparılıb. Verilən tapşırıqların vaxtında və tam həcmdə icra olunması əsas tələb kimi qarşıya qoyulub.

Dörd portfel şirkətinin Müşahidə Şuralarının tərkibinin formalaşdırılmasına dair təkliflərin ölkə prezidentinə təqdim olunması barədə qərar qəbul olunub.

Şuranın iclasında AİH-in Baş icraçı direktoru Ruslan Əlixanov portfel şirkətlər ilə bağlı qərarların qəbul olunmasına dair səlahiyyət bölgüsü barədə təqdimatla çıxış edib, məsələ ətrafında müzakirələr aparılıb.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər