21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Kənd Təsərrüfatı Nazirliyində çoxsaylı nöqsanlar aşkarlanıb
Tarix: 05-04-2021 15:03 | Bölmə: İqtisadiyyat
Kənd Təsərrüfatı Nazirliyində çoxsaylı nöqsanlar aşkarlanıb

Hesablama Palatası ötən il Kənd Təsərrüfatı Nazirliyində və nazirliyə aid olan qurumlarda ümumilikdə 79 nöqsan aşkarlayıb.

Reyting.az xəbər verir ki, bu barədə “Azərbaycan Respublikası Hesablama Palatasının 2020-ci ildə fəaliyyəti haqqında” hesabatında qeyd edilib.

Məlumatda deyilir ki, nazirlikdə mineral gübrələrin, biohumusun və pestisidlərin dəyərinin güzəşt olunan hissəsində büdcə qanunvericiliyinin tələblərinin icra edilməsi bölməsində 7 nöqsan aşkarlanıb.

Nazirlikdə yanacaq və motor yağlarına, buğda və çəltik əkininə, pambığa, süni mayalanma yolu ilə alınmış buzovlara görə subsidiyası üzrə büdcə qanunvericiliyi bölməsi üzrə 18 nöqsan, investisiya xərcləri üzrə hissəsində büdcə qanunvericiliyi bölməsində 3 nöqsan, əsaslı qoyuluşlar bölməsində 14 nöqsan, dövlət satınalmaları bölməsində 1 nöqsan, ümumlikdə isə 18 nöqsan aşkarlanıb.

Bununla yanaşı, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin büdcə qanunvericiliyi bölməsində 12 nöqsan, dövlət satınalmalarında 12 nöqsan, vergi və gömrük qanunverciliyində 5 nöqsan, ümumilikdə 29 nöqsan aşkarlanıb, Aqrar Kredit və İnkişaf Agentliyinin büdcə qanunvericiliyi bölməsində 7 nöqsan aşkarlanıb.(Report)




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər