21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Alimpaşa Məmmədovun oğlunun zavodu hərraca çıxarılacaq
Tarix: 03-05-2021 15:40 | Bölmə: İqtisadiyyat
Alimpaşa Məmmədovun oğlunun zavodu hərraca çıxarılacaq

Son günlər bəzi kütləvi informasiya vasitələrində Şəmkir Balıq Zavodunun özəlləşdirildiyi barədə əsassız və həqiqətə uyğun olmayan məlumatlar yayılıb.

Reyting
xəbər verir ki, bu, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin açıqlamasında deyilib.

Bildirilib ki, zavodu Dövlət Xidməti 2018-ci ildən hərrac qaydasında özəlləşdirməyə çıxarsa da, onun dövlətsizləşdirilməsi baş tutmayıb:

"Şəmkir rayonunun Dəllər qəsəbəsi və Sarıtəpə kəndinin ərazisində yerləşən müəssisə mayın 25-də keçiriləcək hərraca çıxarılacaq. Müəssisə və hərracda iştirak şərtləri barədə Dövlət Xidmətinin internet səhifəsinə (https://bit.ly/3e5nW2r) və yaxud Özəlləşdirmə Portalına (https://bit.ly/3xyYfid) daxil olaraq məlumat əldə etmək olar".

Xatırladaq ki, Şəmkir Balıq Zavodunun Şəmkir Rayon İcra Hakimiyyətinin bu günlərdə həbs edilmiş başçısı Alimpaşa Məmmədovun oğlu Adil Adilzadəyə məxsus olması iddia edilir.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər