Azərbaycan Mərkəzi Bankı və "Visa" Strateji Əməkdaşlıq Müqaviləsi imzalayıb
Tarix: 07-05-2021 14:34 | Bölmə: İqtisadiyyat
Azərbaycan Mərkəzi Bankı və "Visa" Strateji Əməkdaşlıq Müqaviləsi imzalayıb

Azərbaycan Mərkəzi Bankı (AMB) və "Visa" arasında ölkədə rəqəmsal ödənişlərin genişləndirilməsi sahəsində nəzərdə tutulmuş tədbirlərin icrası çərçivəsində qarşılıqlı əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi məqsədilə Strateji Əməkdaşlıq Müqaviləsi imzalanıb.

Reyting.az
xəbər verir ki, Mərkəzi Bank ölkədə rəqəmsal ödənişlərin inkişaf etdirilməsi məqsədilə qlobal ödənişlərdə lider təşkilatlar ilə davamlı olaraq əməkdaşlıq edir. Ötən dövr ərzində Mərkəzi Bankın strateji tərəfdaşı qismində çıxış etmiş Visa ilə birlikdə “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın icrası çərçivəsində bir sıra uğurlu layihələrə imza atılmışdır. Qarşılıqlı əməkdaşlıq çərçivəsində ölkədə rəqəmsal ödənişlərin aparılmasına ictimai marağın artırılması məqsədilə davamlı olaraq stimullaşdırıcı kampaniyalar keçirilmiş, ölkədə mobil qurğulardan istifadə etməklə ödənişlərin təhlükəsiz rejimdə həyata keçirilməsini təmin edən “Visa Token Service” innovativ həlli ölkəmizə gətirilərək bir sıra banklarda tətbiq edilmiş, eyni zamanda ölkənin dəmir yollarında gediş haqlarının təmassız bank kartları ilə ödənilməsi layihəsinin ilkin mərhələsi reallaşdırılmışdır.

Visa ilə qarşılıqlı əməkdaşlığın davam etdirilməsi məqsədilə imzalanmış yeni strateji anlaşma ödəniş bazarının inkişafını sürətləndirən əsas drayverlərin dəstəklənməsi, innovativ ödəniş həllərinin təqdim edilməsi, mobil ödənişlərin artırılması, habelə maliyyə savadlılığı və inklüzivliyin genişləndirilməsi istiqamətində təşəbbüslərin realizasiyasını ehtiva edir.

Qeyd edək ki, Mərkəzi Bank ölkədə rəqəmsal ödənişlərin genişləndirilməsi sahəsində innovativ həllər üzrə təşəbbüsləri dəstəkləyir və bu istiqamətdə ən müasir təcrübənin ölkəmizə gətirilməsini daima diqqət mərkəzində saxlayır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}