12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Qaçqın və köçkünlərin sosial təminat xərcləri artırılır
Tarix: 13-11-2017 14:26 | Bölmə: İqtisadiyyat
Qaçqın və köçkünlərin sosial təminat xərcləri artırılır

2018-ci ildə ölkəmizdə qaçqın və məcburi köçkünlərin sosial təminatı ilə bağlı xərclər təqribən 50 faiz artacaq.

Bunu maliyyə nazirinin müavini Azər Bayramov Milli Məclisin İnsan hüquqları, Regional məsələlər, Hüquq siyasəti və dövlət quruculuğu, Mədəniyyət, Gənclər və idman komitələrinin birgə iclasında "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.

A.Bayramov bildirib ki, gələn il qaçqın və məcburi köçkünlərin sosial təminatına 487 milyon manat ayırmaq planlaşdırılır:
"Bu, 2017-ci illə müqayisədə 161 milyon manat və ya 49,5 faiz çoxdur".

Onun sözlərinə görə, bu vəsait, o cümlədən həmin kateqoriyadan olan vətəndaşların sosial ödənişlərinə, həmçinin qaçqın və məcburi köçkünlər üçün evlərin tikintisinə ayrılacaq.(Trend)




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər