Rusiya Azərbaycana qarşı pomidor və alma qadağasını ləğv edib
Tarix: 04-12-2021 12:31 | Bölmə: İqtisadiyyat
Rusiya Azərbaycana qarşı pomidor və alma qadağasını ləğv edib

“Rosselxoznadzor” dekabrın 6-dan Azərbaycanın 12 müəssisəsindən pomidor və almanın tədarükünə icazə verib.

Reyting.az
xəbər verir ki, bu barədə idarənin məlumatında deyilir.

“Rosselxoznadzor 2021-ci il dekabrın 6-dan 7-si pomidor, 5-i alma istehsal edən 12 Azərbaycan müəssisəsindən Rusiyaya pomidor və alma idxalına icazə verir”.

Qurumdan verilən məlumata görə, qərar Azərbaycanın səlahiyyətli idarəsi tərəfindən Azərbaycan ərazisində pomidor və alma yetişdirən müəssisələrdə aparılan fitosanitar monitorinqin nəticələrinə, laboratoriya sınaq protokollarının və monitorinq aktlarının azərbaycanlı həmkarlar tərəfindən öyrənilməsinə, habelə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin zəmanətinə əsasən qəbul edilib.

Bu gün Azərbaycanın 211 müəssisəsindən və bir kooperativdən pomidor, 76 şirkətdən alma göndərmək mümkündür.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}