Üzüm tingləri ilə bağlı yeni dövlət standartı təsdiqlənib
Tarix: 19-05-2022 18:16 | Bölmə: İqtisadiyyat
Üzüm tingləri ilə bağlı yeni dövlət standartı təsdiqlənib

Azərbaycanda üzüm məhsulunun keyfiyyət və kəmiyyətinin yüksəldilməsi məqsədilə AZS 911:2022 “Üzüm tingləri. Texniki şərtlər” dövlət standartı təsdiq edilib.

Reyting.az
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə istinadən xəbər verir ki, “Üzümçülük və şərabçılıq məhsulları”nın standartlaşdırılması üzrə Texniki Komitənin hazırladığı standartı Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu təsdiq edib.

Standartın tətbiqi üzüm genofondunun qorunub saxlanılmasına və üzüm istehsalının genişlənməsinə imkan yaradacaq.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər