Özəlləşdirmədən əldə edilən vəsaitdən istifadə qaydası dəyişib
Tarix: 19-05-2022 18:21 | Bölmə: İqtisadiyyat
Özəlləşdirmədən əldə edilən vəsaitdən istifadə qaydası dəyişib

Dövlət əmlakının özəlləşdirilməsi nəticəsində əldə edilən pul vəsaitindən istifadə qaydası dəyişib.

Bu, prezident İlham Əliyev tərəfindən bu gün təsdiqlənən “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanuna dəyişiklikdə əksini tapıb.

Qanuna əsasən, bu vəsaitdən özəlləşdirmədən sonra müəssisələrin fəaliyyətinin dəstəklənməsi tədbirlərinin maliyyələşdirilməsi, dövlət əmlakının qorunub saxlanması və mühafizəsi, dövlət əmlakının satıcısının maddi texniki bazasının möhkəmləndirilməsi üçün də istifadə ediləcək.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər