21:46 / 18-09-2025
Ceyhun Bayramov Aİ komissarı ilə müzakirə aparıb
21:18 / 18-09-2025
Bakıda onlayn qumar təşkil edənlər saxlanılıb - Video
18:23 / 18-09-2025
ABŞ istehsalı olan raket rekord qırıb
18:00 / 18-09-2025
Mourinyonun yeni klubu bəlli olub
17:52 / 18-09-2025
MEDİA-nın Müşahidə Şurasının iclası keçirilib - Fotolar
17:47 / 18-09-2025
Müğənni cinsi təcavüzdə təqsirli bilinib - Video
17:38 / 18-09-2025
Yılmaz Vural baş məşqçi təyin olunub
17:16 / 18-09-2025
Yeni film tənqidçilərdən yüksək qiymət alıb - Foto
17:08 / 18-09-2025
Oleq Bakinskinin şikayəti təmin olunmayıb
17:00 / 18-09-2025
Rusiya və Ukrayna hərbçilərin meyitlərini mübadilə edib
16:54 / 18-09-2025
Xalq artisti xəstəxanadan evə buraxılıb
16:37 / 18-09-2025
Prezident Memar Əcəminin adibəsinin ucaldılması ilə bağlı sərəncam imzalayıb
16:32 / 18-09-2025
Bakıda və rayonlarda güclü külək əsəcək - Xəbərdarlıq
16:21 / 18-09-2025
İlham Əliyev BP şirkətinin rəsmisini təltif edib
16:11 / 18-09-2025
Əkrəm Həsənov: “Qeyri-rəsmi işçilərin sayı artacaq”
15:40 / 18-09-2025
Bakıda iş yerində yıxılan qadın ölüb
15:33 / 18-09-2025
Beyləqanda ər arvadını bıçaqlayıb
15:25 / 18-09-2025
"İmişli" klubu AFFA-nın qərarından narazı qalıb
15:15 / 18-09-2025
Milli Məclisdə tələbələrin iştirakı ilə ictimai dinləmə keçiriləcək
15:04 / 18-09-2025
"Plastik cərrah"la bağlı sensasiyalı xəbər yayılıb
14:30 / 18-09-2025
Paşinyan: "İranla sərhəd körpüsünün tikintisi gündəlikdə qalır"
14:16 / 18-09-2025
Ölkəmizdə ət bahalaşıb
14:14 / 18-09-2025
Taylandla Kamboca arasında gərginlik yenidən artıb
13:42 / 18-09-2025
Bişkekdə TDT ölkələrinin hökumət başçılarının görüşü başlayıb
13:20 / 18-09-2025
Su problemi milyardlarla insanı risk altında qoyur
13:09 / 18-09-2025
Naxçıvanda kişi geyimində oğurluq edən qadın tutulub
12:57 / 18-09-2025
Zakir Həsənov Çinə gedib
12:49 / 18-09-2025
İlham Əliyev Avropa İttifaqının komissarını qəbul edib - Fotolar
12:47 / 18-09-2025
Sabah yağış yağacaq
12:36 / 18-09-2025
Azərbaycan yığması 124-cü sıraya yüksəlib
13:31 / 16-09-2025

18:40 / 14-09-2025

13:50 / 14-09-2025

15:37 / 14-09-2025

13:02 / 15-09-2025

13:17 / 14-09-2025

15:11 / 15-09-2025

13:39 / 16-09-2025

00:04 / 16-09-2025

22:16 / 17-09-2025

20:02 / 15-09-2025

Səfər Mehdiyev: “…gömrük işinin formalaşması istiqamətində mühüm addımlar atılıb”
Tarix: 02-05-2018 10:45 | Bölmə: İqtisadiyyat

“Qlobal ticarət təchizat zəncirinin təhlükəsizliyinin təmin edilməsi, gömrük orqanlarının potensialının gücləndirilməsi və iqtisadi nailiyyətlərin əldə edilməsi gömrük işi sahəsində islahatların aparılmasını ehtiva edir”.
Bunu Gömrük və Logistika üzrə Səlahiyyətli İqtisadi Operatorların Beynəlxalq Assosiasiyasının 2018-ci il üzrə Assambleyası və Konfransının açılış mərasimində Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev deyib.
Onun sözlərinə görə, Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin bu gün uğurla davam etdirdiyi praqmatik siyasət nəticəsində ölkəmizdə bütün sahələrdə, o cümlədən qeyri-neft sektorunda dinamik inkişaf gedir və yeni-yeni islahatlar aparılır.
“Daxili bazarın qorunması, yerli istehsalın və ixracın stimullaşdırılmasında əhəmiyyətli rol oynayan Azərbaycan gömrük orqanları dövlət başçısının yüksək diqqət və qayğısı sayəsində, xüsusən bu sahənin inkişafına dair müvafiq dövlət proqramı çərçivəsində reallaşdırılan genişmiqyaslı tədbirlər nəticəsində ilbəil təkmilləşməkdə və müasirləşməkdə davam edir. Azərbaycan gömrük xidmətinin ümumi fəaliyyət strategiyası regionda qanuni ticarətin inkişafına əlverişli şəraitin yaradılması, beynəlxalq ticarət-təchizat zəncirinin təhlükəsizliyinin təmin edilməsi və xarici iqtisadi fəaliyyətin stimullaşdırılması yolu ilə ölkədə ticarət-investisiya mühitinin daha cəlbedici olmasına yönəlib,” – deyə S. Mehdiyev qeyd edib.
DGK sədri bildirib ki, Azərbaycan tarixən müxtəlif mədəniyyət və sivilizasiyaların kəsişdiyi ərazidə yerləşən böyük intermodal mərkəz olaraq Şimal və Cənub, Qərb və Şərq arasında körpü rolunu oynamasına əlverişli şərait yaradıb: “Tarixi Böyük İpək Yolunun Azərbaycan ərazisindən keçməsi dünya ticarəti ilə intensiv şəkildə əlaqə yaradılmasında müstəsna rol oynayıb və ölkə ərazisində müasir tələblərə cavab verən gömrük işinin formalaşması istiqamətində mühüm addımlar atılıb. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və keçən il istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu xətti tranzit daşımalarının sürətlənməsi və ticarətin sadələşdirilməsi üçün mühüm amillərdəndir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin təbirincə desək, bu yolun fəaliyyəti nəticəsində yol boyunca yerləşən ölkələr arasındakı ticarət dövriyyəsi və qarşılıqlı sərmayə qoyuluşu artacaq, bütün iştirakçı ölkələr arasında əməkdaşlıq dərinləşəcək, bu yol sabitliyə və təhlükəsizliyə xidmət göstərəcək və təbii ki, Bakı-Tbilisi-Qars dəmir yolunun uğurlu fəaliyyəti ölkələrimizin geosiyasi əhəmiyyətini artıracaq. Hazırda yüksək Avropa standartlarına uyğun mükəmməl maddi-texniki və normativ-hüquqi bazaya, ən müasir infrastruktura və informasiya kommunikasiya texnologiyalarına malik Azərbaycan gömrüyü özünün beynəlxalq əlaqələrini daim genişləndirir. Azərbaycan Gömrük Xidməti mükəmməl hüquqi bazaya, inkişaf etmiş infrastruktura malik olmaqla, ölkədə fiskal siyasətini uğurla həyata keçirir, onun quru, hava və dəniz yollarında respublikanın iqtisadi mənafeyini və təhlükəsizliyini qoruyur. Dövlət Gömrük Komitəsi, eyni zamanda hüquq-mühafizə orqanı olaraq qaçaqmalçılıq və digər hüquqpozma hallarına qarşı mübarizənin gücləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirir”.
S. Mehdiyev qeyd edib ki, ticarətin asanlaşdırılması ölkələrin rifahına, iqtisadiyyatın inkişafına, ixrac potensialının artmasına və beynəlxalq rəqabət qabiliyyətinin güclənməsinə gətirib çıxarır ki, bu da öz növbəsində ölkədə güclü və etibarlı gömrük-biznes əməkdaşlığının olması üçün mühüm əhəmiyyət kəsb edir. “Bu baxımdan, ölkəmizdə Səlahiyyətli İqtisadi Operator Proqramının və “Yaşıl dəhliz” buraxılış sisteminin tətbiqinə başlanması bu əməkdaşlıq istiqamətində atılmış mühüm addımlar olub. ÜGT-nin Beynəlxalq Ticarətin Asanlaşdırılması və Təhlükəsizliyi Üzrə SAFE Çərçivə Standartlarının ikinci sütunu - Gömrük-Biznes Əməkdaşlığı çərçivəsində mühüm bir anlayış olan Səlahiyyətli İqtisadi Operator, gömrük-biznes əlaqələrinin genişləndirilməsi və inkişaf etdirilməsinə xidmət edir və Dövlət Gömrük Komitəsi Səlahiyyətli İqtisadi Operator Proqramının Azərbaycanda daha da genişləndirilməsi və möhkəmləndirilməsində maraqlıdır. Ümid edirəm ki, gömrük, nəqliyyat, loqistika, xarici ticarət və özəl sektor nümayəndələrini bir araya gətirən bu Konfrans iştirakçılar arasında təcrübə mübadiləsinin aparılmasına böyük imkan yaradaraq, gömrük-gömrük münasibətləri ilə yanaşı gömrük-biznes əməkdaşlığının inkişafına, həmçinin faydalı əlaqələrin qurulmasına və yeni uğurların əldə olunmasına öz töhfəsini verəcək,” – deyə S. Mehdiyev bildirib.(APA-Economics)
Bölməyə aid digər xəbərlər

Bu gün, 16:11
Əkrəm Həsənov: “Qeyri-rəsmi işçilərin sayı artacaq”
Bu gün, 14:16
Ölkəmizdə ət bahalaşıb
Bu gün, 12:30
"Grok 5" ümumi süni intellekt sistemi olacaq - Foto
Bu gün, 12:08
Dünyanın ən böyük polad sifarişi veriləcək - Fotolar
Bu gün, 11:44
FED-in yeni faiz qərarı fonunda dollar bahalaşıb
Dünən, 12:39
Deputat: “Güzəşt müddəti uzadılsın”
Dünən, 10:16
Azərbaycanın strateji valyuta ehtiyatları artıb
Dünən, 08:14
Aİİ Hindistanla azad ticarət zonası yaradır
16-09-2025, 18:00
Dövlətə məxsus 55 maşın hərracda satılıb
16-09-2025, 16:46
Ağacın 1 qramı 10 min dollardır
16-09-2025, 14:44
İsrail iqtisadiyyatını ağır sınaqlar gözləyir
16-09-2025, 11:10
Dörd ölkədən Azərbaycana bəzi məhsulların idxalına məhdudiyyət qoyulub
16-09-2025, 09:20
Şirvan şəhərində bir neçə qurumda yoxlama aparılır
15-09-2025, 17:37
Rusiyadan Ermənistana qaz tədarükü dayandırılacaq
15-09-2025, 17:30
Azərbaycan INFE-yə tamhüquqlu üzv olub
15-09-2025, 12:39
Rusiya ilə Çin buğdanı avtomobillə dəyişirlər
13-09-2025, 16:41
İqtisadi Şuranın iclası keçirilib - Fotolar
12-09-2025, 18:00
“Slavyanka” sularından kəskin qoxu gəlir - AQTA məsələni araşdırır
12-09-2025, 17:50
Sədr müavini: "Metroda gələcəkdə diferensial qiymət artımı ola bilər"
12-09-2025, 14:58
İcra Hakimiyyətinin tenderi baş tutmayıb
12-09-2025, 13:34
Deputat: "Ətin qiyməti yüksəkdir"
12-09-2025, 12:05
“Rabitəbank" keşbeki azaldıb
12-09-2025, 11:19
Nazirlik yoxlamalarla bağlı açıqlama yayıb
12-09-2025, 10:10
Mədəniyyət Nazirliyi AzTV-yə 28 min ödəyəcək
12-09-2025, 09:28
Günəş panelləri Çini milyardlarla dollar zərərlə üzləşdirib
12-09-2025, 08:19
Almatı Moskva ilə “dəmir bağlantı”nı bərpa edir
12-09-2025, 00:39
Rusiyada vergiləri artırmaq istəyirlər
12-09-2025, 00:07
Rusiya Ukrayna sərhədi yaxınlığındakı hava limanını açıb
11-09-2025, 17:04
İsrail şirkəti: "Abşeronun su probleminin həlli üçün ən yaxşı texnologiyalar seçilir"
11-09-2025, 15:06
Sığorta şirkətlərindən şikayətlər artır - Siyahı
11-09-2025, 14:53
Dövlət obyektləri icarəyə verilir - Siyahı
10-09-2025, 16:21
Vüqar Bayramov: "Onların işdən çıxarılması qadağan olunmalıdır"
10-09-2025, 16:06
Deputat: "Bəzən vəfat edən şəxsin həyat yoldaşı ərinin pensiyasını almaq üçün 10 il gözləyir"
10-09-2025, 14:49
ADSEA-nın səlahiyyətləri artırılıb
10-09-2025, 11:47
Füzuli və Xocavənddə yanğın törədənlər cərimələniblər
10-09-2025, 11:31
Maliyyə Nazirliyi altı qurumda yoxlama aparır - Siyahı
10-09-2025, 11:00
Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb
9-09-2025, 18:02
Əmək pensiyaları artırılacaq
9-09-2025, 17:25
Nəqliyyat Agentliyində nöqsanlar aşkarlanıb
9-09-2025, 16:06
İki dövlət qurumunda yoxlama aparılır
9-09-2025, 12:51
Mərkəzi Bankın sədri: "Azərbaycanla sülh sazişi ölkəmizə investisiyaları artıracaq"
9-09-2025, 11:56
Dünya bazarında qızıl rekord qiymətədir
9-09-2025, 10:40
Çindən Azərbaycana yola düşən qatar Bakıya çatıb