12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Biznes dairələrini birləşdirən şura yaradılır
Tarix: 03-05-2018 14:56 | Bölmə: İqtisadiyyat
Biznes dairələrini birləşdirən şura yaradılır

Bu gün Azərbaycanın vergilər naziri Mikayıl Cabbarovun iş adamları ilə görüşündə Vergilər Nazirliyi ilə sahibkarlar arasında biznes dairələrini birləşdirən şuranın yaradılması ilə bağlı razılıq əldə edilib.

Görüşdə iştirak edən iş adamlarının məlumatına görə, bundan sonra bankların və digər maliyyə institutlarının, həmçinin başqa biznes strukturlarının bütün problemləri həmin şura çərçivəsində müzakirə ediləcək.

Bundan əlavə, nazirlə görüş çərçivəsində vergi qanunvericiliyinin təkmilləşdirilməsi və vergi ödəyicisi ilə nazirlik arasındakı münasibətlərin şəffaflaşdırılması müzakirə edilib.

M. Cabbarov görüşdə sahibkarlara bildirib ki, onların nazirliyə ünvanladığı təkliflərin əksəriyyəti müsbət qiymətləndirilib və bu təkliflər qruplaşdırılaraq müzakirə üçün hökumətə göndərilib.

Qeyd edək ki, bu gün Azərbaycan vergilər naziri Mikayıl Cabbarov Azərbaycan Banklar Assosiasiyası (ABA), Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) və Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) üzvləri ilə görüşüb.(Report)




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər