16:40 / 22-04-2025
Xarkova kütləvi hücum olub
Avropada qazın qiyməti 2100 dollardan aşağı düşüb
Tarix: 05-08-2022 13:11 | Bölmə: İqtisadiyyat
Avropada qazın qiyməti 2100 dollardan aşağı düşüb

Avropanın ən likvid habı olan TTF-də (Niderland) qazın sentyabr fyuçerslərinin qiyməti 2100 ABŞ dollarından aşağıdır.

Londonun “ICE Futures” birjası xəbər verir ki, bu gün qeydə alınan ən aşağı qiymət 2 094,4 dollar, ən yüksək qiymət 2 109,2 dollardır.

ICE-də ən yaxın qaz fyuçerslərinin orta aylıq qiyməti 50%-dək artıb. Belə ki, iyun ayında min kubmetr üçün 1180 dollar olan orta qiymət iyul ayında təqribən 1805 dollar təşkil edib.




Bölməyə aid digər xəbərlər
17-04-2025, 15:03 ARDNF-in aktivləri artıb