12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Beynəlxalq korporasiya Azərbaycan hökumətinə kömək etmək istəyir
Tarix: 21-05-2018 02:07 | Bölmə: İqtisadiyyat
Beynəlxalq korporasiya Azərbaycan hökumətinə kömək etmək istəyir

Beynəlxalq Maliyyə Korporasiyası (BMK) aqrobiznesin rəqabət qabiliyyətini artırmaqda Azərbaycan hökumətinə kömək etmək niyyətindədir.

Reyting.az
xəbər verir ki, bunu Trend-ə müsahibəsində BMK-nın Cənubi Qafqaz üzrə regional meneceri Yan van Bilsen bildirib.

Menecerin sözlərinə görə, rayonlarında əhalinin təxminən 40 faizinin iş yerləri və gəlirlərini təmin edən kənd təsərrüfatı sektoru maliyyələşdirilməyə çıxışın genişləndirilməsi vasitəsi ilə daha məhsuldar və mənfəətli ola bilər.

Yan van Bilsen bildirib: "Buna kömək etməyin yollarından biri kənd təsərrüfatı ilə bağlı hava və qiymət dəyişkliyi kimi riskləri yüngülləşdirən aqrosığortadır. Avropa və Mərkəzi Asiyada aqromaliyyələşdirmə üzrə məsləhətçi layihə fermerlərlə müxtəlif çöl tədqiqatlarının aparılması, kənd təsərrüfatı sığortası haqqında qanunun işlənməsi, kənd təsərrüfatı sığortası sisteminin konsepsiyasının işlənib hazırlanması üçün Azərbaycan hökuməti ilə işləyib".




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər