20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Dövlət Xidməti daha 38 maşın və 10 dövlət obyektini hərracda satacaq
Tarix: 29-11-2022 17:51 | Bölmə: İqtisadiyyat
Dövlət Xidməti daha 38 maşın və 10 dövlət obyektini hərracda satacaq

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dekabrın 13-də və 20-də özəlləşdirmə hərracları keçirəcək.

Reyting.az
 xəbər verir ki, ilk hərraca 30 nəqliyyat vasitəsi, növbəti hərraca isə 10 dövlət obyekti və 8 nəqliyyat vasitəsi çıxarılacaq.

Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri iqtisadiyyatın müxtəlif sahələrinə aiddir. Digər üstün cəhət isə əksəriyyətinin torpaq sahələri ilə birgə özəlləşdirilməyə çıxarılmasıdır.

Hərraca çıxarılan nəqliyyat vasitələrinin əksəriyyəti Rusiya, Yaponiya, Almaniya istehsalıdır. Avtomobillərin buraxılış tarixləri isə 1985-2013-cü illəri əhatə edir.

Hərraca çıxarılan dövlət əmlakının tam siyahısı ilə buradan tanış olmaq mümkündür.

My Webpage




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər