20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Bankda dəyişiklik: Vasif Talıbovun qızı Müşahidə Şurasından çıxarılıb
Tarix: 12-01-2023 10:54 | Bölmə: İqtisadiyyat
Bankda dəyişiklik: Vasif Talıbovun qızı Müşahidə Şurasından çıxarılıb
Vasif Talıbov

“Naxçıvanbank” ASC-nin Müşahidə Şurasında dəyişikliklər edilib.

Reyting.az
xəbər verir ki, səhmdarların qərarı ilə Baharxanım Vasif qızı Talıbova (Naxçıvan MR Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun qızı) və Rifat Nazim oğlu Mahmudov Müşahidə Şurası üzvlüyündən kənarlaşdırılıblar. Müşahidə Şurasının sədri Əsədulla Fikrət oğlu İsgəndərov isə vəzifəsindən azad edilərək üzv təyin olunub.

Binnət Yasin oğlu Novruzov Müşahidə Şurasının sədri, Rüfət Əhədağa oğlu Məmmədov isə üzv təyin ediliblər.

Xatırladaq ki, “Naxçıvanbank” 2008-ci ildə yaradılıb, ölkənin yeganə regional bankıdır. Onun nizamnamə kapitalı 82.43 milyon manatdır. Bankın səhmdarları 4 fiziki şəxsdir.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər