20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
İqtisadçı: "Hesab açmaq üçün qoyulan məhdudiyyət aradan qaldırılıb"
Tarix: 24-01-2023 14:47 | Bölmə: İqtisadiyyat
İqtisadçı: "Hesab açmaq üçün qoyulan məhdudiyyət aradan qaldırılıb"

"Yanvar ayından etibarən vergi borcu olanalr bankda hesab aça biləcək".

Bu sözləri Reyting.az-a deputat Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, borclu vergi ödəyicilərinin hesab açmaq üçün qanunla qoyulan məhdudiyyət aradan qaldırılıb: "Vergi Məcəlləsinə” edilən dəyişikliklərdə bu hal öz əksini tapıb. Dəyişikliklər bu ilin yanvar ayından qüvvəyə minib.

Bu məhdudiyyətinin aradan qaldırılması bir tərəfdən vergi borcu olanların iqtisadi fəaliyyətinin dəstəklənməsi, digər tərəfdən onlar üçün müəyyənləşdirilən məhdudiyyətlərin yumşaldılması məqsədi daşıyır. Çünki, bir sıra hallarda vergi borcu olanlar hesab açıb iş qura bilmədikləri üçün həmin borcu qaytarmaqda da çətinlik çəkirdilər. Yeni dəyişiklik həm vergi borclarının ödənilməsinə, həm də biznes mühitinə müsbət təsir göstərəcək. Bu baxımdan, bu dəyişiklik mütərəqqi addımdır".

E.KAMAL




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər