Türkiyədə heyvanlar arasında xəstəlik yayılıb
Tarix: 09-03-2023 18:01 | Bölmə: İqtisadiyyat
Türkiyədə heyvanlar arasında xəstəlik yayılıb

Türkiyədə heyvanlar arasında dabaq xəstəliyi yayılıb.

Reyting.az
yerli mətbuata istinadla xəbər verir ki, ölkənin Kənd Təsərrüfatı Nazirliyi SAT-2 serotip dabaq xəstəliyinə ilk yoluxma hallarının aşkarlandığını açıqlayıb.

Məlumata görə, xəstəlik aşkarlanan 8 iri müəssisədə heyvanların satışı və ya başqa yerlərə köçürülməsi, həmçinin otlaq sahələrinə buraxılması qadağan olunub: "Həmin 8 müəssisə karantinə alınıb. Bütün heyvanlar vaksin edilir. Vaksin prosesi bitməyənə qədər müəssisələr və onların yerləşdiyi bölgələrdə heyvanların alqı-satqısı, kəsimi və sair hallar qadağan edilib".

Məlumata görə, artıq ölkə boyu heyvanlardan nümunələr götürülür.

AZƏR
Reyting.az




Bölməyə aid digər xəbərlər
19-04-2024, 10:39 Bitcoin ucuzlaşıb

{sape_links}{sape_article}