20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
“AzerGold” qızıl və gümüş satışını artırıb
Tarix: 15-03-2023 13:46 | Bölmə: İqtisadiyyat
“AzerGold” qızıl və gümüş satışını artırıb

2022-ci ildə “AzerGold” QSC-nin beynəlxalq və daxili bazarlarda qızıl və gümüş satışı həcmlərində müsbət dinamika müşahidə edilib.

Bu barədə Reyting.az-a “AzerGold” QSC-dən bildiriblər.

Məlumata görə, ümumi satış göstəriciləri 2022-ci ildə 63.5 min unsiya qızıl və 207.8 min unsiya gümüş olub. Bu, 2021-ci illə müqayisədə qızılın satış həcmində 3.7 min, yəni 6.1 faiz, gümüşün satış həcmində 74.9 min unsiya, yəni 56.3 faiz artım deməkdir.

Qızıl üzrə qeyd edilən ümumi satış həcmindən 59.9 min unsiya, gümüş üzrə isə 193.5 min unsiyası beynəlxalq bazarlarda realizə edilib. Pərakəndə bazarda satış göstəriciləri 3 min unsiya qızıl, 130 unsiya gümüş təşkil edib. Daxili bazarın tələbatı üzrə 555 unsiya qızılın, 14.2 min unsiya gümüşün satışı icra edilib. Beləliklə, 2017-2022-ci illər üzrə ümumi satış göstəriciləri 348 min unsiya qızıl və 733 min unsiya gümüş olub.

Hesabat ilində beynəlxalq və yerli bazarlarda qızıl və gümüş satışı nəticəsində 207.2 milyon manat məbləğində vəsait ölkə iqtisadiyyatına cəlb edilib. 2017–2022-ci illər üzrə qızıl və gümüşün satışı nəticəsində əldə edilmiş gəlir isə 960.7 milyon manat olub.





Bölməyə aid digər xəbərlər
bütün xəbərlər