Mikroavtobusla "KamAZ" toqquşdu – Ölənlər var - Siyahı
Tarix: 23-05-2019 09:13 | Bölmə: Xəbərlər
Mikroavtobusla "KamAZ" toqquşdu – Ölənlər var

Ələt-Astara magistral yolunda ölümlə nəticələnən avtoqəza baş verib.

Reyting.az
ONA-ya istinadla xəbər verir ki, hadisə səhər saatlarında magistral yolun 90-cı kilometrliyində - Neftçala rayonu ərazisində qeydə alınıb.

“Ford” markalı mikroavtobus "KamAZ” markalı yük maşınına çırpılıb. Nəticədə mikroavtobusda olan Yardımlı sakinləri - 1998-ci il təvəllüdlü Yaqubov Cavid Əlizadə oğlu, 1975-ci il təvəllüdlü Məhərrəmov Rövşən Qənbər oğlu, sürücü - 1971-ci il təvəllüdlü Mirzəyev Səlim Müzəffər oğlu və 1991-ci il təvəllüdlü Əliyev Azər Zəfər oğlu hadisə yerində dünyasını dəyişib. Qəza zamanı yaralanan iki nəfər Cəlilabad rayon xəstəxanasına yerləşdirliblər.

Faktla bağlı Baş DYP İdarəsi tərəfindən araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}