Polis saxlatdığı avtomobildən avtomat silah aşkarlayıb
Tarix: 12-07-2019 02:01 | Bölmə: Xəbərlər
Polis saxlatdığı avtomobildən avtomat silah aşkarlayıb

İyulun 10-da saat 12 radələrində Bakı-Qazax yolunun 380-ci kilometrliyində - Şəmkir rayonu ərazisində “BMW” markalı avtomobilin sürücüsü yol hərəkəti qaydalarını pozduğu üçün Baş Dövlət Yol Polisi İdarəsinin stasionar postunda ona “Saxla” işarəsi verilib.

Reyting.az
xəbər verir ki, nəqliyyat vasitəsinin sahibi tabeçilik göstərməyərək hərəkətə davam edib.

DİN-in mətbuat xidmətinin məlumatına görə, Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən həmin avtomobil Könüllü kəndi ərazisində məcburi qaydada dayandırılıb.

Sənədlərini təqdim etmək tələb olunarkən sürücü və sərnişinin şübhəli davranışları, həyəcanlı halda olmaları yol polisi əməkdaşlarının diqqətindən yayınmayıb.

Avtomobilə baxış zamanı yük yerindən “AKM” markalı silah və 1 ədəd patron darağı aşkar edilərək götürülüb.

Nəqliyyat vasitəsinin sürücüsü, Gəncə şəhər sakini A. Hüseynov və sərnişini olan qardaşı H. Hüseynov saxlanılaraq aidiyyəti üzrə təhvil veriliblər.

Araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər
27-03-2024, 09:47 Macarlar Orbana etiraz edir

{sape_links}{sape_article}