16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
“Palmali”nin yeni istifadəyə verdiyi gəmi vurulub
Tarix: 14-08-2019 11:39 | Bölmə: Xəbərlər
“Palmali”nin yeni istifadəyə verdiyi gəmi vurulub

Bir neçə gün əvvəl “Palmali” şirkətlər qrupunun istifadəyə verdiyi “Mammad Amin Rasulzadeh” gəmisi limanda dayanarkən “Doric Warrior” gəmisi tərəfindən vurulub.

“Palmali”nin prezidenti Mübariz Mənsimov bildirib ki, gəmi vurulsa da, hər şey normaldır və təhlükəli vəziyyət yoxdur.

Məsimov deyib ki, “Mammad Amin Rasulzadeh” gəmisinə çarpan gəmi ondan on dəfə böyükdür: “Ancaq buna rəğmən gəmimiz batmadı. Bizim gəmimizi kimsə batıra bilməz”.

“Palmali”nin mətbuat xidmətinin rəhbəri Fidan Quliyeva isə bildirib ki, “Mammad Amin Rasulzadeh” gəmisinin uzunluğu 129 metr olduğu halda toqquşmaya səbəb olmuş “Doric Warrior” gəmisinin uzunluğu 230 metrdir.(Yeni Sabah)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}