Məmurlardan şəhid ailələrinə hörmətsizlik - Müraciət
Tarix: 16-08-2019 00:39 | Bölmə: Xəbərlər
Məmurlardan şəhid ailələrinə hörmətsizlik

Qaradağ Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları şəhid ailələrinə hörmətsizlik ediblər.

Reyting.az
-ın məlumatına görə, bu barədə sosial şəbəkələrdə yayılan videoda şəhid ailəsinin üzvü bildirib.

Videoda qeyd olunur ki, Qurban bayramında Qaradağ rayonunun Qızıldaş qəsəbəsində yaşayan şəhid ailəsinə iylənmiş ət göndərilib.

Şəhid ailəsi onlara göstərilən bu hörmətsizliyə görə Qaradağın icra başçısı Süleyman Mikayılova müraciət də edib:

"Mən xahiş edirəm ki, icra başçısı faktlara baxıb araşdırsın, şəhid ailəsinə iylənmiş ət və digər bayram sovqatları göndərənlərin müəyyənləşdirib, lazımi tədbirlər görsün".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}