07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
İranın cənubunda zəlzələ baş verib
Tarix: 08-09-2019 23:44 | Bölmə: Xəbərlər
İranın cənubunda zəlzələ baş verib

İran İslam Respublikasının cənubunda Hörmüzqan vilayətinin Qeşm adasının Laft liman şəhərində 4,4 bal gücündə zəlzələ olub.

Vilayətin fövqəladə hallar idarəsinin baş direktoru Əlirza Səfa İsini deyib ki, zəlzələ nəticəsində indiyədək tələfatın olması haqda məlumat daxil olmayıb. O əlavə edib ki, Laft limanının elektriki və telefon əlaqəsi kəsilib.

Zəlzələ Laft limanının 11 kilometrliyində qeydə alınıb.

Qeyd edək ki, 8 iyulda İranın cənub-qərbində Xuzistan vilayətində 5,7 bal gücündə baş verən zəlzələ nəticəsində 1 nəfər həlak olub, 112 nəfər yaralanıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}